Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edəcək

Azər Məmmədrəhimov Şərur rayonunda vətəndaşları qəbul edəcək

18 İyun 2025

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmədrəhimov iyunun 20-si saat 11:00-da Şərur Rayon Rabitə İdarəsində vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri və digər müvafiq məsələlərlə bağlı müraciətlər dinləniləcək. Vətəndaşlar öz təklif və şikayətlərini birbaşa səsləndirə bilərlər.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün Nazirliyin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə əlaqə saxlamaq olar.