Səlahiyyətli nümayəndə Nehrəm qəsəbəsində vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov dekabrın 13-də Nehrəm qəsəbəsində vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar 5-9 dekabr tarixlərində Nümayəndəliyə rəsmi şəkildə (nakhchivansn@pa.gov.az) müraciət edərək və ya (036-544-01-43) nömrəsinə zəng vurmaqla qeydiyyata yazıla bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib edilmiş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.









