Təhsil müəssisələrinin mühasibləri  üçün 1C proqramı ilə bağlı təlimlərə başlanılıb -

Təhsil müəssisələrinin mühasibləri üçün 1C proqramı ilə bağlı təlimlərə başlanılıb - FOTO

15 Noyabr 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nazirliyə tabe təhsil müəssisələrinin mühasibləri üçün 1C proqramı ilə bağlı təlimlərə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimlərin təşkili üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12-i mütəxəssisi muxtar respublikaya ezam olunub. 10 gün davam edəcək təlimlərdə mütəxəssislər tərəfindən iştirakçılara tarif cədvəllərinin işlənilməsi qaydaları ilə bağlı ətraflı məlumatlar verilir.

Qeyd edək ki, təlimlərin təşkilində məqsəd Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində mühasibatlıq sisteminin səmərəli və şəffaf idarə olunması üçün əməkdaşların bilik və bacarıqlarının yüksəldilməsidir.