Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazanıblar

Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazanıblar

29 İyun 2025

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində uğurla çıxış ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.