Tramp: İranın ali lideri postuna bütün namizədlər aviazərbələr nəticəsində öldürülüb
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran növbəti ali liderin seçimində problemlərlə üzləşə bilər.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" "ABC News"a istinadən xəbər verib.
Trampın sözlərinə görə, ABŞ-nin zərbələri o qədər uğurlu olub ki, namizədlərin əksəriyyəti məhv edilib.
"Hücum o qədər uğurlu olub ki, biz namizədlərin əksəriyyətini aradan qaldırdıq. Bu, bizim düşündüyümüz şəxslərdən heç biri olmayacaq, çünki onların hamısı ölüb", - ABŞ lideri telekanala şərhində bəyan edib.








