Tramp İranla müharibəni davam etdirmək istədiyini bildirib

Tramp İranla müharibəni davam etdirmək istədiyini bildirib

06 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün İranla müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Tramp Ağ Evdəki Pasxa tədbirində bildirib.

"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq", - o deyib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir. Onun sözlərinə görə, o, xalqı xoşbəxt etmək istəyir.

O, xalqı xoşbəxt etmək istədiyini söyləyib.