Türkiyənin Xorvatiyaya göndərdiyi yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Xorvatiyaya göndərdiyi yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb

14 Noyabr 2025

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub. Nazir pilotun yaxınlarına başsağlığı verib.