WUF13-lə bağlı mükafat yaradılıb

WUF13-lə bağlı mükafat yaradılıb

17 May 2026

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı mükafat yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu ildən etibarən təsis edilən mükafatın adı "Baku Urban Award"dır:

"Bundan sonra hər Dünya Şəhərsalma Forumunda Bakı adı ilə bağlı bu mükafatın təqdimetmə mərasimi olacaq".