Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

Serbiya Prezidenti Azərbaycana səfərə gəlib

17 May 2026

Serbiya Prezidenti Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.