Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
Slovakiya Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.








