Xankəndidə növbəti əmək yarmarkası keçirilib
Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aktiv məşğulluq tədbiri Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında keçirilib. Yarmarkada satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub.
Yarmarkada iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Agentliyin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.








