Yusif Küseyr oğlu türbəsində tədbir keçirilib - FOTO
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Nazirlik Aparatının şöbə müdiri Pərvin Həsənov açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası qədim tarixə və zəngin mədəni irsə malik olan diyar kimi bu sahədə xüsusi yer tutur. Bu torpaq yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ən qədim mədəniyyət mərkəzlərindən biridir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülxanım Orucova bildirib ki, dövlətin bu sahədə həyata keçirdiyi siyasət, ictimaiyyətin dəstəyi və hər bir vətəndaşın məsuliyyətli münasibəti nəticəsində Naxçıvan şəhərinin zəngin tarixi-mədəni irsi bundan sonra da etibarlı şəkildə qorunacaq və layiqincə təbliğ olunacaqdır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev çıxışında vurğulayıb ki, son illər ərzində Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunması, bərpası və təbliği istiqamətində mühüm işlər görülüb. Bir çox tarixi abidələrdə ilkin memarlıq üslubu qorunaraq əsaslı şəkildə bərpa olunur.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında musiqi nömrələri təqdim olunub.
Sonda türbəyə baxış keçirilib.











