11 illik buraxılış imtahanının nəticələri elan olunub

11 illik buraxılış imtahanının nəticələri elan olunub

17 Aprel 2026

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, bu barədə Dövlət İmtahan Mərkəzui məlumat yayıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır.