Yalançı sahibkarlıq nədir və hansı halda cinayət məsuliyyətinə səbəb olur? -

Yalançı sahibkarlıq nədir və hansı halda cinayət məsuliyyətinə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

08 Aprel 2026

Sual: Yalançı sahibkarlıq nədir və hansı halda cinayət məsuliyyətinə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-cü maddəsinə əsasən yalançı sahibkarlıq dedikdə kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması başa düşülür.

Qeyd olunan əməl xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Xeyli miqdar dedikdə isə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.