Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib -

Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib - SƏRƏNCAM

22 Oktyabr 2025

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.