
Dini ekstremist materialları hazırlama məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə cinayət məsuliyyətinə səbəb olurmu?
Cavab: Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma –səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov