Zakir İbrahimov Naxçıvan Muxtar Respublikasına  səfər edib -

Zakir İbrahimov Naxçıvan Muxtar Respublikasına səfər edib - FOTO

30 Aprel 2026

Aprelin 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan Muxtar Respublikasına  səfər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.