Daxili işlər naziri vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov tərəfindən vətəndaşların növbəti qəbulu keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, qəbul mayın 7-də saat 10:00-da Culfa Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 7 may 2026-cı il tarixinədək Culfa Rayon Polis Şöbəsinə, eləcə də Naxçıvan MR DİN-in sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Qəbulda iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur








