Magistraturaya 23 mindən çox namizəd müraciət edib

Magistraturaya 23 mindən çox namizəd müraciət edib

15 Aprel 2026

Magistratura səviyyəsi üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üzrə ümumilikdə 23 min 79 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin 21 365 nəfəri Azərbaycan bölməsi, 1714 nəfəri isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.

Ən çox namizəd ingilis dilini seçib. Bu dil üzrə ümumilikdə 19 948 nəfər qeydiyyatdan keçib. Onlardan 18 264 nəfəri Azərbaycan, 1 684 nəfəri rus bölməsi üzrədir.

Rus dili üzrə 2671, fransız dili üzrə 219, alman dili üzrə 237, fars dili üzrə 3, ərəb dili üzrə isə cəmi 1 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, qəbul imtahanının (II cəhd) mayın 17-də keçirilməsi nəzərdə tutulur.