15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan qələbəyə" intellektual bilik yarışı keçirilib -

15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan qələbəyə" intellektual bilik yarışı keçirilib - FOTO

14 İyun 2025

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" və 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş nazirliyin aparatının və tabeli qurumlarının əməkdaşlarından ibarət komandalar arasında  "Qurtuluşdan qələbəyə" intelektual bilik yarışı keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, əvvəlcə Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov tədbir iştirakçılarını salamlayıb, günün mahiyyəti barədə məlumat verib, komandalara uğurlar arzulayıb.

4 komandanın mübarizə apardığı intellektual oyunda əsasən Milli qurtuluş tarixi, Ulu Öndər Heydər Əliyev irsi, Rəqəmsal Azərbaycan və inkişaf, eləcə də Azərbaycan coğrafiyası və nəqliyyat ilə bağlı suallar cavablandırılıb.

4 turdan ibarət yarışın yekun nəticələrinə əsasən "N-Telekom" kamandası birinci, "Rəqəmsal zəka" komandası ikinci, "NANA" komandası isə üçüncü yerdə qərarlaşıb.

Yer tutmuş komandalar Fəxri Fərman , sertifikat və rəmzi hədiyələrlə təltif olunublar.