Atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib

Atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib

30 Oktyabr 2026

Naxçıvan şəhərində məktəbli oğlanlar və qızlar arasında atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib. Muxtar Respublika Stadionunda təşkil olunan yarış 100, 200, 400, 800 və 1500 metr məsafələri əhatə edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumilikdə 60 məktəbli mükafatlar uğrunda mübarizə aparıb.

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib.

Nəticələrə əsasən qızlar arasında Dilək Məmiyeva (100 m), Aysel Hüseynova (200 m), Rüqəyyə Məmmədli (400 m), Gültac Quliyeva (400 m) və Rübabə Həsənova (1500 m) birinci yeri tutublar.

Oğlanların mübarizəsində isə Caner Heydərli (100 m), Murad Muradov (200 m), Diyar Eyvazov (400 m), Ayxan Sadiqli (800 m) və Özgür Cabbarlı (1500 m) qalib olublar.

Yarışın keçirilməsində məqsəd məktəblilər arasında atletika idman növünə marağı artırmaq, istedadlı idmançıları üzə çıxarmaq, onların fiziki hazırlıq səviyyəsini yüksəltmək və sağlam həyat tərzini təşviq etmək olub.