Bu il Azərbaycanda iqtisadi artımın 1,3 % olacağı gözlənilir
Bu il Azərbaycanda iqtisadi artım 1,3 %, gələn il isə 2,3 % olacağı gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bu il qeyri-neft ÜDM 2,8 % və gələn il isə 4,3 % olacağı proqnozlaşdırılır: "9 ayda iqtisadi artım 1,5 % olub. Sentyabrın rəqəmlərinə əsasən, qeyri-neft ÜDM-i daxili məhsulun artımı isə 2,6 % təşkil edib. Qeyri-neft ÜDM-daxili məhsulun artımını dəstəkləyən sektorlar turizm, ticarət, rabitə və digər sektorlarıdır. Bizim proqnozlarımız nikbindir. Xüsusilə bu il proqnozları yuxarı doğru reviziya olunub".








