Naxçıvan şəhərində avtomobil piyadanı vurub
Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Maple” markalı avtomobil yolu keçmək istəyən 2017-ci il təvəllüdlü Oruclu Nurəddin Anar oğlunu vurub.
Xəsarət alan 9 yaşlı uşaq Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.








