Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

31 Oktyabr 2026

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 69,2 faizini təşkil edib.

Maliyyə və sığorta sahəsində qadınların orta aylıq nominal əməkhaqqı 2 016,8 manat, kişilərin isə 3 437,8 manat olub.