Azər Məmmədrəhimov Babək rayonunda vətəndaşları qəbul edəcək

Azər Məmmədrəhimov Babək rayonunda vətəndaşları qəbul edəcək

20 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov oktyabrın 24-ü saat 15:00-da Babək Rayon Rabitə İdarəsində vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı nəqliyyat, telekommunikasiya, internet, poçt xidmətləri və digər əlaqəli sahələr üzrə müraciətlər dinləniləcək.

Qəbula yazılmaq və ətraflı məlumat əldə etmək üçün Nazirliyin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrələri ilə əlaqə saxlamaq mümkündür.