Ramilə Seyidova Nehrəmdə vətəndaşları qəbul edəcək

Ramilə Seyidova Nehrəmdə vətəndaşları qəbul edəcək

10 İyul 2026

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Babək rayonunun Nehrəm qəsəbəsində vətəndaş qəbulu keçirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul iyulun 15-də saat 10:00-da Babək rayonunun Nehrəm qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında baş tutacaq.

Komitədən bildirilib ki, ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciəti olan Nehrəm qəsəbəsi və ətraf yaşayış məntəqələrinin sakinləri qəbulda iştirak edərək öz müraciətlərini sədrə çatdıra bilərlər.