Azər Məmmədrəhimov Şahbuz rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov noyabrın 27-də Şahbuz rayonunda vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Şahbuz Rayon Sektorunda keçiriləcək.
Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat əldə etmək üçün (036) 545-20-24 nömrəsi ilə əlaqə saxlaya bilərlər.








