Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qazanıb -

Naxçıvanlı şahmatçı “Şəki Open" turnirində uğur qazanıb - FOTO

27 İyun 2025

Azərbaycan Şahmat Federasiyasının və "Premier School" şahmat məktəbi və  birgə təşkilatçılığı ilə “Şəki Open 2025” beynəlxalq şahmat festivalı keçirilib. Ənənəvi turnirdə 8 ölkədən 260 iştirakçı mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda Naxçıvandan beynəlxalq qrossmeyster Urfan Sevdimaliyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Pərviz Qasımov da iştirak ediblər.

Turnirdə uğurla çıxış edən Urfan Sevdimaliyev  9 turdan 6 xal toplayaraq turnir cədvəlində 4–7-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə əsasən isə yekun sıralamada 6-cı olan təcrübəli şahmatçı mükafatçılar sırasına düşüb.