Tam iş vaxtı nədir və onun müddəti qanunvericilikdə nə qədər müəyyən olunub? -

Tam iş vaxtı nədir və onun müddəti qanunvericilikdə nə qədər müəyyən olunub? - HÜQUQ MƏSLƏHƏTİ

30 İyun 2025

Sual: Tam iş vaxtı nədir və onun müddəti qanunvericilikdə nə qədər müəyyən olunub?

Cavab: Tam iş vaxtı — Əmək Məcəlləsində  nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov