Azərbaycan millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək

Azərbaycan millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək

09 Avqust 2025

Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.