Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə

Qarabağ Universitetində oxumaq istəyənlərin nəzərinə

09 Avqust 2025

Qarabağ Universitetində qəbul aparılacaq ixtisaslar məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu il Universitetdə plan yerlərinin sayı 1440-dır.

İxtisaslar aşağıdakılardır:

I qrupda

Riyaziyyat müəllimliyi – 60 yer;

Riyaziyyat – 30 yer;

Data analitikası – 30 yer;

Elektrik və elektronika mühəndisliyi – 50 yer;

İnşaat mühəndisliyi – 30 yer;

Kompter mühəndisliyi – 120 yer;

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi – 30 yer;

Mexatronika və robotexnika mühəndisliyi – 30 yer.

II qrupda

Coğrafiya müəllimliyi – 30 yer;

Beynəlxalq ticarət və logistika – 30 yer;

Dövlət və bələdiyyə idarəetməsi – 30 yer;

İqtisadiyyat – 60 yer;

Maliyyə – 60 yer;

Menecment – 30 yer;

Mühasibat – 30 yer;

Turizm işinin təşkili – 60 yer.

III qrup

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 60 yer;

Xarici dil müəllimliyi (ingilis dili) – 60 yer;

İbtidai sinif müəllimliyi – 60 yer;

Tarix müəllimliyi – 30 yer;

Beynəlxalq münasibətlər – 60 yer;

Hüquqşünaslıq – 90 yer;

Tarix – 30 yer.

IV qrup

Biologiya müəllimliyi – 30 yer;

Kimya müəllimliyi – 30 yer;

Psixologiya – 30 yer;

Tibb bacısı (qardaşı) işi – 30 yer;

Tibb – 70 yer.