
Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçına gəliblər
Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərinin nümayəndə heyəti Laçın Beynəlxalq Hava Limanına gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə səhər saatlarında hava limanına eniş edib.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Laçında aparılan bərpa işləri ilə əyani tanış olmaq imkanı əldə ediblər.