"Haber Global": "Azərbaycan" məhəlləsində həyat başlayır -

"Haber Global": "Azərbaycan" məhəlləsində həyat başlayır - VİDEO

19 İyun 2025

Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən "Azərbaycan" məhəlləsində həyat başlayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Haber Global”ın təqdim etdiyi süjetdə qeyd olunub.

Bildirilib ki, məhəllə Türkiyənin Mənzil Tikintisi İdarəsi (TOKİ) tərəfindən Azərbaycanın dəstəyi ilə salınıb:

"6 fevral zəlzələlərindən ən çox ziyan görən Kahramanmaraş olub. Fəlakətdən sonra yardıma ilk gələn ölkə qardaş Azərbaycan idi. Komandalar günlərlə bu bölgədə fasiləsiz işlədi. Bölgəni ən son tərk edənlər yenə də Azərbaycan oldu. Azərbaycan bölgənin yenidən qurulmasında vəzifə almaq üçün bir addım önə çıxdı. Əlini daşın altına qoydu və Kahramanmaraşda ən çox can itkisinin yaşandığı nöqtələrdən biri olan Heydər Əliyev Prospekti ilə Azərbaycan Bulvarının kəsişdiyi ərazidə "Azərbaycan" məhəlləsinin tikintisini öz üzərinə götürəcəyini elan etdi".

Qeyd edilib ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məhəllənin açılışı olacaq və mənzillərin açarları sahiblərinə təhvil veriləcək.

https://www.youtube.com/watch?v=832w_5EsB9Y