
Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulmuşdur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-3.1-ci madddəsinə əsasən Yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə edilir. Həmçinin həmin maddənin 189-3.2-ci maddəsinə əsasən isə 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Şahmar Həşimov