Azərbaycanın basketbol milliləri Avropa çempionatına Belarusda hazırlaşacaqlar
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16, U-18 və U-20 milli komandaları Avropa çempionatı öncəsi hazırlıqlarını Belarusda davam etdirəcək.
Basketbol Federasiyasından "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, onlar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.
Qeyd edək ki, təlim-məşq toplanışı 26 may — 4 iyun tarixlərini əhatə edəcək.








