İcbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışında fasilə yarana bilər
Mayın 28-də icbari sığorta şəhadətnamələrinin VÖEN üzrə satışı və hadisələrin VÖEN üzrə qeydiyyatında fasilə yarana bilər.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
Məlumata görə, həmin gün İqtisadiyyat Nazirliyinin informasiya sistemlərində aparılan profilaktik işlərə görə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi VÖEN servisinin fəaliyyətində fasilə yaranacaq.








