Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

Beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə dəyişib

19 May 2026

Nazirlər Kabineti 10 yanvar 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən "İcazə Sistemi" haqqında Əsasnamə"də dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "İcazə" blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir.

Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli "İcazə"lərinin əldə edilməsi və verilməsi yalnız elektron qaydada həyata keçirilir.