Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək

19 May 2026

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: "Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.