Əlilliyi olan işçilərin gecə işinə cəlb edilməsinin şərtləri... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə hansı halda cəlb edilə bilərlər?
Cavab: Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








