Bu günə qədərki "Yüksəliş" müsabiqəsində 70 minə yaxın şəxs iştirak edib

Bu günə qədərki "Yüksəliş" müsabiqəsində 70 minə yaxın şəxs iştirak edib

06 Mart 2026

Bu günə qədər keçirilən "Yüksəliş" müsabiqəsinin 5 mövsümündə ümumilikdə 69 min 963 nəfər iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev altıncı müsabiqə üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, onlardan 116 nəfər qalib adını qazanıb:

"Müsabiqə iştirakçılarının 30,45 faizi qadın, 69,55 faizi kişi olub".

F.Hacıyev eyni zamanda beş müsabiqə müddətində iştirak edən şəxslərin təkrar qoşulma göstəriciləri də açıqlanıb:

"Müsabiqədə iştirak edənlərin sayı 23 804 nəfər təşkil edib. İki müsabiqədə iştirak edənlərin sayı 7 718 nəfər, üç müsabiqədə iştirak edənlərin sayı isə 4 430 nəfər olub. Bundan başqa, 2 473 nəfər dörd müsabiqədə, 1 111 nəfər isə beş müsabiqədə iştirak edib. Statistik göstəricilər iştirakçıların bir hissəsinin müsabiqələrə təkrar qoşulduğunu göstərir".

İşçi Qrupunun rəhbəri həmçinin diqqətə çatdırıb ki, bu vaxta qədər qalib gələn 116 nəfərdən 80-ə yaxını yüksək vəzifəyə təyin edilib.