Culfada avtomobilin vurduğu qadın xəstəxanada vəfat edib
Noyabrın 16-da Culfa şəhərində avtomobilin vurduğu qadın xəstəxanada vəfat edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını avtomobil vurub. Müxtəlif xəsarətlər alan qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
72 yaşlı qadın bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.








