DSX-nin əsgəri xəstəlikdən vəfat etdi

DSX-nin əsgəri xəstəlikdən vəfat etdi

24 Noyabr 2026

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu uzun sürən ağır xəstəlikdən vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, əsgər Kərimov Rəhman Rauf oğlu uzun sürən ağır xəstəlikdən müalicədə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.