Naxçıvanda 1-ci qrup əlil kişi küçədə vəfat edib

Naxçıvanda 1-ci qrup əlil kişi küçədə vəfat edib

25 Noyabr 2026

Hadisə gecə saatlarında şəhərin Əliqulu Qəmküsar küçəsində baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  1971-ci il təvəllüdlü Kərimov Məmməd Nurəli oğlu yolda qəfildən həyatını itirib. İlkin məlumata görə, 1-ci qrup əlil olan 55 yaşlı kişinin ürək tutmasından vəfat etdiyi bildirilir. hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.