Lisenziyasız tibbi və ya əczaçılıq fəaliyyəti hansı məsuliyyətə səbəb olur? -

Lisenziyasız tibbi və ya əczaçılıq fəaliyyəti hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

25 Noyabr 2026

Sual: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən  Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Sual Kəngərli rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan Həsənzadə tərəfindən cavablandırıldı.