Culfada tarixi abidələrdə ekoloji aksiya keçirilib - FOTO
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Culfa rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrində ətraf mühitin qorunmasına yönəlmiş aksiya təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya Culfa Regional Mədəniyyət İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbirin əsas məqsədi tarixi-mədəni irsin qorunması ilə yanaşı, abidələrin ətrafında ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və ərazilərin abadlaşdırılmasına töhfə verməkdir.
Bununla yanaşı, təşəbbüs ictimaiyyətin diqqətini mədəni irsin mühafizəsi və ətraf mühitə həssas yanaşmanın vacibliyinə yönəltməyi hədəfləyir.
Qeyd olunur ki, bu kimi aksiyalar tarixi abidələrin qorunmasına dəstək olmaqla yanaşı, onların yerləşdiyi ərazilərin cəlbediciliyini artırır, turizm potensialının inkişafına təkan verir və gələcək nəsillərə daha sağlam, yaşıl mühitin ötürülməsinə xidmət edir.












