Naxçıvanda yaşıllıqların qorunması mövzusunda tədbir keçirilib -

Naxçıvanda yaşıllıqların qorunması mövzusunda tədbir keçirilib - FOTO

22 Aprel 2026

Naxçıvan Muxtar Respublikasında “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tikinti layihələrinin yaşıllıqlara təsiri müzakirə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbirdə bildirilib ki, iri tikinti layihələri mütləq ekoloji ekspertizadan keçirilməli, ətraf mühitə təsiri əvvəlcədən qiymətləndirilməlidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mütəxəssislər vurğulayıblar ki, tikinti zamanı yaşıllıqların məhv edilməsi yalnız əsaslandırılmış halda mümkündür və bu zaman kompensasiya tədbirləri həyata keçirilməlidir. Həmçinin şəhərsalma planlarında yaşıllıq zonalarının qorunması əsas prioritet kimi qeyd olunub.

Tədbirdə alternativ enerjinin inkişafının da ekoloji tarazlığın qorunmasına töhfə verdiyi diqqətə çatdırılıb. Sonda qanunvericiliyin tətbiqi və koordinasiyanın gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.