Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə görüşüb

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə görüşüb

29 İyul 2026

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Efiopiya hökumətinin başçısı "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşmək xoş idi. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair məzmunlu danışıqlar apardıq, strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - Abiy Əhməd Əli yazıb.

Qeyd edək ki, Sahibə Qafarova hazırda Əddis-Əbəbədə (Efiopiya) rəsmi səfərdədir.