Bank əmanəti müqaviləsi dedikdə nə başa düşülür? -

Bank əmanəti müqaviləsi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

29 İyul 2026

Sual: Bank əmanəti müqaviləsi dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944-cü maddəsinə əsasən:

1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, Mülki Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin.

Sual Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünasYaqub Salamzadə tərəfindən cavablandırılıb.