Ötən ay 12 şəxs ölkəyə readmissiya edilib

Ötən ay 12 şəxs ölkəyə readmissiya edilib

29 İyul 2026

2014-cü ildən bu günədək readmissiya sazişləri çərçivəsində ümumilikdə 3 990 şəxs Azərbaycana geri qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk 6 ayı ərzində readmissiya sazişləri çərçivəsində 306 şəxs Azərbaycana geri qəbul edilib:

"205 şəxslə bağlı 138 readmissiya sorğusu müsbət cavablandırılıb".

DMX rəisi onu da əlavə edib ki, cari ildə qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı 4 fakt aşkar edilib:

"2026-cı ilin ilk 6 ayı ərzində 850 əcnəbi ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılıb. Həmçinin miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9757 qərar qəbul edilib".