Naxçıvanın gənc debatçıları Şəkidə keçirilən forumda iştirak ediblər -

Naxçıvanın gənc debatçıları Şəkidə keçirilən forumda iştirak ediblər - FOTO

29 İyul 2026

İyulun 20-dən 26-dək Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Respublika Gəncləri Debat Forumu-2026” keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən forumda Naxçıvanı on nəfərdən ibarət heyət təmsil edib. Ümumilikdə isə 10 regionu təmsil edən 130 gənc layihədə spiker, hakim və auditoriya qismində iştirak edib. Göygöl komandası forumun çempionu olub. Naxçıvan komandasından Bağdagül Cəfərli isə ən yaxşı 10 natiqdən biri kimi fərqlənib. Forum iştirakçılarına sertifikat təqdim olunub.

Qeyd edək ki, forum müddətində gənclərin nitq və natiqlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra interaktiv təlimlər də keçirilib.